Xocalı soyqırımının 24-cü ildönümünə artıq bir neçə gün
qalır. Bu faciə bütün Xocalı sakinlərinin ürəyində ağır dərdir. Xocalıda
dünyaya göz açan bir qız kim bilər di ki illər sonra el-obasından didərgin düşər və erməni
quldurları tərəfindən törədilən Xocalı soyqırımını dünyaya çatdırmaq vəzifəsini
bu gün özünə borc bilər. Novruzova Ayna Allahyar
qızı doğma məktəbində yarımçıq qalan dərsi indi XOCALI SOYQIRIMI ADI İLƏ "Xocalı
soyqırımını tanıtma" ictimai birliyinin Binəqədi rayon şöbəsinin sədri kimi dünyanın
diqqətinə çatdırır. Ayna xanımla apardığım
telefon danışığımızı yaddaş kartına da qeyd etdim.
Qalib Bəyməmmədoğlu